Tayvandan ölkəmizə gələn meyvə suyu YARARSIZ ÇIXDI

Tayvandan ölkəmizə gələn meyvə suyu YARARSIZ ÇIXDI

Tədbirlər

25 Aprel 2024, 16:56

Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.

 

Qeyd olunub ki, "MİRAS20-İM" MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72.50 kq meyvə suyu topları məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

 

Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə “kif-maya” göbələklərinin miqdarının normadan artıq olduğu aşkar olunub.

 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et