Xankəndidə doğulan uşağın atası: Həkimlər "Qarabağ Azərbaycandır" dedi

Xankəndidə doğulan uşağın atası: Həkimlər

Müsahibə

24 Aprel 2024, 13:19

Xankəndidə doğulan uşağın atası:Həkimlər "Qarabağ Azərbaycandır" dedi

 

Uşağım ilk dəfə dünyaya gələndə onun ağlamaq səsini eşitdim. Hətta, həkimlər övladım dünyaya gələndə hər biri "Qarabağ Azərbaycandır" dedilər.

 

Bunu Suinfo.az-a danışan Xankəndi şəhərində övladı dünyaya gələn, Qarabağ Regional Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin şöbə rəisi Abbas Abdullayev söyləyib.

 

O bildirib ki, Xankəndiyə gəldikdə ermənilər azərbaycanlılara aid aid izləri silmək istəyiblər, ancaq buna nail olmayıblar.

"Ölkəmizin keçirdiyi antiterror əməliyyatından sonra, oktaybr ayının 4 -də Xankəndiyə ezam olundum. Əvvəl "Azərsu" ASC-də idarəetmə aparatında çalışırdım. İndi Qarabağ Regional Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin şöbə rəisi vəzifəsində fəaliyyətimi davam etdirirəm. Yoldaşım isə Qarabağ Regional Sukanal İdarəsində İstehsalat şöbəsində mühəndisdir. Yeri gəlmişkən söyləyim ki, atam Məmməd Abdullayev də "Azərsu"  ASC-nin əməkdaşı olub. Birinci dəfə Xankəndiyə gələndə Xocalıdan keçdik. Xocalı yazılan lövhəni gördükdə istər-istəməz bizi gətirən avtomobilin sürücüsü ayağını əyləcə basaraq maşını saxladıq. Hər birimiz kövrəldik, ağladıq. Allah Xocalıda həyatını itirən vətəndaşlarımıza rəhmət etsin. Biz Xankəndiyə gələndə gördük ki, ermənilər bu torpağın əsl sahibi olan azərbaycanlılara aid izləri silmək istəyiblər, ancaq buna nail olmayıblar. Buranın havasında, suyunda, torpağında Azərbaycan var. Burada çıxan günəş, əsən külək də Azərbaycan hayqırır. Mən bu hisslərlə Xankəndiyə daxil oldum", - deyə şöbə rəsi əlavə edib. 

A.Abdullayev qeyd edib ki, uşaq dünyaya gəldikdə həkimlərin hər biri "Qarabağ Azərbaycandır" deyib: "Həqiqətən bu torpaqlara gəlmək mənim üçün böyük fəxr oldu. Övladım dünyaya gələndə əməliyyat otağının qarşısında gözləyirdim. TƏBİB-in rəhbərliyi, çalışdığım qurumun işçiləri, bir sözlə hər kəs səfərbər olmuşdu. Uşağım ilk dəfə dünyaya gələndə onun ağlamaq səsini eşitdim. Hətta, həkimlər övladım dünyaya gələndə hər biri "Qarabağ Azərbaycandır" dedilər. Mən həmin anda istəmədən kövrlədim. Çünki atam 2017-ci ildə vəfat edib. Onun da azrusu idi ki, həm öz nəvəsini qucağına götürsün, həm də azad edilmiş torpaqlarımızı görsün. Övladım dünyaya gələndə istəmədən gözümdən yaş süzüldü və bu günləri yaşadığm üçün şükür etdim.Allah şəhidlərimizə rəhmət etsin, ordumuzu, millətimizi qorusun. Müzəffər Ali Baş Komandamıza və ordumuza təşəkkür edirəm ki, bizə bu günləri yaşadıb. O qədər göəl hisslər yaşadım ki, bunu sözlərlə ifadə edə bilmirəm".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et