İşğaldan azad olunan ərazilərdə 3 yeni su anbarı TİKİLƏCƏK

İşğaldan azad olunan ərazilərdə 3 yeni su anbarı TİKİLƏCƏK

Müsahibə

23 Aprel 2024, 11:45

İşğaldan azad olunan ərazilərdə 3 su anbarı tikiləcək.

 

Suinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su ehtiyatları Agentliyinin rəsmi Əliağa Əzizov söyləyib.

 

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikintisi davam edən su təsərrüfatı obyektləri də mövcuddur.

 

"Tərtarçay sol sahil suvarma kanalının 20 kilometrlik hissəsinin yenidən qurulması Tərtər, Bərdə, Goranboy və Yevlax rayonlarının 30 min hektara yaxın əkin sahəsinin su təminatını yaxşılaşdıracaq. Tikintisi sürətlə aparılan Həkəriçayın sağ və sol sahillərində yerləşən əkin sahələrinin suvarılmasına xidmət edəcək Zabuxçay su anbarının və magistral boru kəmərlərinin layihələndirilməsi, tikinti işlərinin cari ildə yekunlaşdırılması planlaşdırılır. Su anbarının tikilməsi ilə Qubadlı, Zəngilan rayonlarının 12 min hektar əkin sahəsinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub", - deyə o əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et