Heydər Əliyev Su Anbarına tullantılar daxil olub

Heydər Əliyev Su Anbarına tullantılar daxil olub

Ekologiya

20 Aprel 2024, 17:07

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.

 

Suinfo.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat verib.

 

Bildirilir ki, Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən su anbarı təmizlənib.

 

Məlumata görə, tullantılar yaz daşqınlarından sonra anbara sel suları ilə tökülüb.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et