Xəzər dənizinə baxanda adamın ÜRƏYİ BULANIR - Deputatdan sərt AÇIQLAMA

Xəzər dənizinə baxanda adamın ÜRƏYİ BULANIR - Deputatdan sərt AÇIQLAMA

Müsahibə

19 Aprel 2024, 13:24

Bizim kimi isti ölkələrdə suyun açıq kanallarla aparılması doğru deyil.

 

Bunu Suinfo.az-a açıqlamasında deputat Qüdrət Həsənquliyev söyləyib.

 

O bildirib ki, Azərbaycanda selləmə üsuluna son qoyulmalıdır.

 

"Artıq damlama yolundan istifadə olunur. Torpaqların selləmə üsulu ilə suvarılması nəticəsində daxildə olan duzlar da üzə çıxır. Bu məsələdə inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə olunmalıdır. Mən bilirəm ki, elə bu təcrübələrdən də Azərbaycan yararlanır. Bir çox yeni bağlar və taxıl zəmiləri məhz elə çiləmə yaxud damlama üsulu ilə suvarılır. Biz buna getsək, kifayət qədər suyumuz olacaq. Amma çox təəssüf ki, bu üsulu zamanında tətbiq etməmişik. Qarabağda olan sular bizim üçün çox önəmlidir. Çünki həmin sular öz ərazimizdə yaranır. Yəni Laçının, Kəlbəcərin dağlarından süzülüb gəlir. Bildirmək istəyirəm ki, sudan səmərəli istifadə etmək lazımdır. Hökumt də bu istiqamətdə addımlar atmalıdır. Bizim kimi isti ölkələrdə suyun açıq kanallarla aparılması da doğru deyil. Çünki bu da suyun buxarlanmasına və nəticədə itkiyə səbəb olur. Çalışmaq lazımdır ki, sular borular vasitəsi ilə bir yerdən başqa yerə çatdırılmalıdır. Buna keçsək, su bizə tam bəs edəcək. Çox su tələb edən bitkilər də var ki, onlardan da imtina etmək lazımdır. Yəni qeydolunan bitkilərin əkilməsi vacib deyil. Suya az tələbatı olan bitkilər əkilə bilər. Düşünürəm ki, biz bu söylədiyim bütün məsələlərin öhdəsindən gələcəyik. Azərbaycanda yaxın vaxtlarda yeni bəndlər qurulmalıdır və bunun nəticəsində yaz vaxtı sel suları toplanacaq. Sular yığılsa əkin sahələrində bundan istifadə edilə bilər. Bəzi rayonlarımızda sel yuyub aparır. Həmçinin, burada su da axıb gedir. Ona görə də çox sayda göllər yaratmalıyıq. Həmçinin, balıqçılığı da inkişaf etdirmək lazımdır. Azərbaycan ən az balıq ixrac edən ölkədir. Balıq orqanizm üçün ən vacib qidadır. Düşünürəm ki, hökumət bu istiqamətdə də addımlar atmalıdır. Bizdə əsas problem odur ki, hər şeyi hökumət həll edir. Su sahəsində mütləqdir ki, islahatlar aparılsın. Bəzi rayonlarda birçox otlaq sahəsini şumlayaraq əkin sahəsinə çevirdilər. Buna görə çox sayda insan mənə müraciət edib. Həmin ərazilər bayaq dediyim selləmə üsulu ilə suvarılır. Yəni kanalın ağzın açırlar suyu həmin torpaqlara buraxırlar. Bundan sonra su təsərrüfatı ilə maşğul olan insanlar özlərinı yaxın olan adamlara suyu verməyə başladılar. Bütün bu qeydolunan hadisələrə görə suya uyğun əkin həyata keçirilməlidir. ",- deputat qeyd edib. 

 

Q.Həsənquliyev əlavə edib ki, Xəzər dənizinə baxanda adamın ürəyi bulanır.

 

"Xəzər dənizinin geri çəkilməsi bizə ziyan vurur. O vaxt mənə söyləmişdilər ki, Bulvar ərazisinin dibində bir metr hündürlüyündə mazut qatı var. Hətta o zamanlar bir xarici şirkət təklif etmişdi ki, icazə verin bizə bunu çıxardaq və oranı təmizləyək. Ancaq sonda anlaşmaq mümkün olmamışdı. Sahilboyu xüsusilə Bakı buxtası həddindən çox çirklənib. Kanalizasiya suları Xəzərə buraxılır. Suya baxanda adamın ürəyi bulanır. Mən çox vaxt ona görə Dənizkənarı parka getmirəm. Çünki orada təmiz hava yoxdur. İndi isə suyun çəkilməsi eybəcərlikləri üzə çıxaracaq. Ancaq bildirmək istəyirəm Xəzər dənizinin səviyyəsi qalxacaq. Bu, dövrlərlə əlaqəlidir. Bayıl tərəfdə suyun altında olan Qala divarları artıq su çəkilməsi ilə üzə çıxır. Yəni deməli vaxt olub ki, oralarda su olmayıb. Hətta deyirlər ki, Qız Qalası da suyun içində olub. Mən hesab edirəm ki, dövlət orqanları iri layihələr həyata keçirdikdə Xəzər dənizini də nəzər almalı

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et