Yuxarı Şirvan kanalının yenidən qurulmasıyla su itkisi 5 %-ə ENƏCƏK 

Yuxarı Şirvan kanalının yenidən qurulmasıyla su itkisi 5 %-ə ENƏCƏK 

Tədbirlər

18 Aprel 2024, 16:32

Yuxarı Şirvan kanalının yenidən qurulması ilə su itkisi 30 %-dən 5%-ə qədər enəcək.

 

Suinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Məmməd Əsədov söyləyib.

 

"Yuxarı Şirvan kanalı torpaq məcradadır. Orada 30 faizdən çox su itkisi var. Biz o kanalı yenidən qurmaqla bu itkini 5 faizə endiririk. Məsələ magistral kanalın yenidən qurulması ilə bitmir. 2020-ci ildə olan Prezidentin sərəncamı ilə təsdiq olmuş tədbirlər planında kanalla yanaşı mütərəqqi suvarma texnologiyasının tətbiqi də öz əksini tapıb. Məsələn, Saatlı, Sabirabadda olan əkin sahələrinin suvarma suyu ilə təmin edən Sabir, Aşağı Muğan kanalında eyni zamanda qapalı suvarma şəbəkəsini layihələndirmişik", - deyə o bildirib.
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et