Xaçmazda sel suları evlərə doldu - Əraziyə texnikalar cəlb edildi 

Xaçmazda sel suları evlərə doldu - Əraziyə texnikalar cəlb edildi 

Faydalı

13 Dekabr 2023, 12:20

Xaçmaz bir neçə gündür davam edən yağıntılar fəsadlar törədib. Rayonun Tel kəndində küçələri və həyətləri sel suları basıb.

 

Rayon Fövqəladə Hallar komissiyasından "Suinfo.az"a bildirilib ki, Xaçmaz rayonunda yağışın yaratdığı fəsadlar aradan qaldırılır.

 

"Rayonun Nabran İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinə daxil olan Tel kəndində dörd evin həyətyanı sahəsinə, Şimali kəndində isə bir neçə küçəyə yağış suları dolub.

 

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə baxış keçirilib, hazırda xüsusi texnikalar vasitəsi ilə fəsadların aradan qaldırılması istiqamətində iş aparılır", - deyə məlumatda bildirilib.

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et