Azərbaycanda ən böyük problem suyun bölünməsidir - DEPUTAT AÇIQLADI

Azərbaycanda ən böyük problem suyun bölünməsidir - DEPUTAT AÇIQLADI

Müsahibə

17 Aprel 2024, 12:35

Mən Azərbaycanda su qıtlığı yaşanacağına inanmıram.

 

Bunu Suinfo.az-a açıqlamasında deputat Vahid Əhmədov söyləyib.

 

O bildirib ki, Azərbaycanda ən böyük problem suyun bölünməsidir.

 

“Ümumiyyətlə, söhbət su qıtlığından getmir. Ola bilər ki, müəyyən yerlərdə su qıtlığı var. Lakin Azərbaycanda ən böyük problem suyun bölünməsindədir. Tutaq ki, kimsə Füzulidən 3 hektar ərazi alıb və imkanı da olduğu üçün suyun hamısını oraya verir. Ancaq mənim 1 hektar torpağım qalır susuz. Cənab Prezident niyə hər il 40-50 artezian quyusunun qazılması üçün göstəriş verir? Çünki su çatışmazlığı var və su düzgün bölünmür. Şabranda böyük bir su anbarı tikildi. Açığı mən Azərbaycanda su qıtlığı olacağına inanmıram. Düzdür, su qıtlığı ilə əlaqədar Xəzər dənizinin duzsuzlaşdırılması prosesi gündəmdədir. Yəni belə bir proyekt var. Mən düşünürəm ki, elə eləmək lazımdır ki, su hər kəsə çatsın”, - deputat əlavə edib.

 

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et