Süni adaların yaradılması beynəlxalq konvensiyaya əsaslanır - Deputat

Süni adaların yaradılması beynəlxalq konvensiyaya əsaslanır - Deputat

Tədbirlər

16 Aprel 2024, 12:05

Dənizdə süni torpaq sahələrinin yaradılmasından beynəlxalq təcrübədə geniş istifadə olunur. Bəzi dövlətlər bundan enerji, nəqliyyat, turizm, digərləri isə hərbi məqsədlər üçün istifadə edirlər. Sonuncuya Rusiya və Çini misal göstərmək olar.

 

Suinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov komitənin aprelin 16-da keçirilən iclasında deyib.

 

Yaponiyanın süni adalardan nəqliyyat məqsədilə istifadə etdiyini diqqətə çatdıran deputat bildirib: “Süni adalar beynəlxalq konvensiya əsasında yaradılır. Yeni qanun layihəsi bu sahədə Azərbaycanda yeni imkanlara yol açacaq”.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et