İqlim Dəyişikliyi sammiti gələn il Bakıda keçiriləcək - QƏRAR

İqlim Dəyişikliyi sammiti gələn il Bakıda keçiriləcək - QƏRAR

Tədbirlər

11 Dekabr 2023, 19:03

İqlim Dəyişikliyi üzrə BMT konfransı - COP 29 gələn il Azərbaycanda keçiriləcək.

 

"Suinfo.az" xəbər verir ki, bu barədə qərar Dubayda keçirilən COP28 plenar sessiyada elan olunub.

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolu müzakirə olunmuşdu.

 

2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et