COP29-da Xəzər dənizi ilə bağlı təşəbbüs də yer alacaq - Nazir müavini

COP29-da Xəzər dənizi ilə bağlı təşəbbüs də yer alacaq - Nazir müavini

Tədbirlər

4 Aprel 2024, 11:44

Məlum olduğu kimi, bu il Azərbaycan COP29 mötəbər beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Danışıqlar prosesi ilə paralel İqlim Fəaliyyəti gündəliyi çərçivəsində Xəzər dənizi ilə bağlı təşəbbüs də yer alacaq.

 

Suinfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin Bakıda keçirilən “Xəzər dənizinin akvatoriyasında ekoloji hüquqpozmalar: Dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları” mövzusunda beştərəfli görüş zamanı deyib.

 

Nazir müavini Xəzər dənizi ilə bağlı təşəbbüsün dənizin probleminin yalnız milli və regional səviyyədə deyil, həm də beynəlxalq səviyyədə iqlim dəyişmələrinə uyğunlaşma proqramları çərçivəsində həlli üçün zəmin yarada biləcəyini də diqqətə çatdırıb.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et