Azərbaycanın su ehtiyatları barədə iştirakçılar məlumatlandırıldı

Azərbaycanın su ehtiyatları barədə iştirakçılar məlumatlandırıldı

Ekologiya

11 Dekabr 2023, 14:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndə heyəti tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində Azərbaycan pavilyonunda bir sıra görüşlər keçirilib.

 

“Suinfo.az” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən   məlumat daxil olub.

 

Bildirilib ki, təşkil olunan görüşlər zamanı iştirakçılara Azərbaycanın su ehtiyatları, gələcək perspektivlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri, o cümlədən alternativ su mənbələrindən istifadə istiqamətində nəzərdə tutulan işlər barədə məlumat verilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et