Astarada brakonyerliklə məşğul olan şəxs SAXLANILDI

Astarada brakonyerliklə məşğul olan şəxs SAXLANILDI

Ekologiya

23 Mart 2024, 15:41

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Astara rayonu ərazisində Şahağacı çayında qanunsuz balıq ovu ilə məşğul olan rayon sakini N.Əliyev saxlanılıb.

 

Suinfo.az xəbər verir ki, həmin şəxsdən sintetik torlar və qanunsuz ovlanmış müxtəlif növ balıqlar aşkarlanıb.

 

Araşdırmalar davam etdirilir.

 

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et