Son günlər yağan yağışlar Zərdab rayonunda bəzi fəsadlara yol açıb. Daha çox çətinlik rayonun Məlikumudlu kəndində özünü göstərib.
Suinfo.az xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, aramsız yağan yağışlardan sonra üzə çıxan qrunt suları evlərə, tövlələrə, yardımçı tikililərə dolub.
Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ağaverdi Novruzov mövcud vəziyyətdən xəbərdar olduqlarını və yaxın günlərdə kənd ərazisində qrunt sularının axıdılması üçün drenaj kanalının yenidən qazılmasına başlanılacığını bildirib. O qeyd edib ki, kənd ərazisində üzə çıxan qrunt suları görüləcək bu işlərdən sonra çəkiləcək və sakinləri narahat edən problem aradan qalxacaq.
(Azərtac)