Naxçıvanda içməli su təminatı yaxşılaşdırılır

Naxçıvanda içməli su təminatı yaxşılaşdırılır

Ekologiya

19 Mart 2024, 10:25

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən rayonun Güznüt və Çeşməbasar kəndlərinin içməli su təminatını yaxşılaşdırmaq üçün görülən işlər yekunlaşıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Cəmiyyətin mətbuat xidməti məlumat verib.

 

Bildirilir ki, Babək rayonunun Güznüt kəndinin içməli su təminatını yaxşılaşdırmaq üçün diametri 160 millimetr, uzunluğu 3066 metr olan plastik borularla ana xətt, həmçinin kəndin yuxarı hissəsindəki məhəlləyə diametri 63 millimetr, uzunluğu 2600 metr olan plastik borularla su xətti çəkilib. Çeşməbasar kəndinə isə diametri 125 millimetr, uzunluğu 3120 metr ana xətt və diametri 50 millimetr, uzunluğu 3000 metr olan plastik borularla məhəllədaxili su xətləri çəkilib. Həmin xətlər üzərində 50 ədəd krant quraşdırılaraq sakinlərin istifadəsinə verilib.

 

Bununla yanaşı, Çeşməbasar kənd qəbiristanlığına 250 metr məsafədən diametri 25 millimetr olan boru xətti ilə su çəkilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et