Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdikləri profilaktik tədbirlər zamanı Kür çayının Mayak-1 kəndi ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan 2 nəfər saxlanılıb.
Suinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Məlumata görə, həmin şəxslərdən taxta qayıqlar, sintetik torlar, qadağan olunan ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı balıqları aşkar edilib.
Faktla bağlı araşdırmalar aparılır.