Biz bu cür sərgiləri hər il keçirməyi planlaşdırırıq.
Bunu Suinfo.az-ya açıqlamasında Bakı Su Həftəsi layihəsinin rəhbəri Nicat Şıxəliyev söyləyib.
O bildirib ki, insanlar tərəfindən sərgiyə böyük maraq var.
"Sərgi Azərbaycanda ilk dəfədirki keçirilir. Halhazırda tədbirdə 16 ölkədən 97 şirkət iştirak edir. Onlar stendində müxtəlif xidmətlər və məhsullər təqdim edəcək. Sərgilənənlər içində su kanallarının qazılması üçün texnikalar var. Müəyyən su təsərrüfatı obyektlərinin tikintisi ilə məşğul olan şirkətlər də sərgidə iştirak edir. Bu sərgiyə böyük maraq var. Bildiyimiz kimi Azərbaycan su ehtiyatlarına görə son 30 ölkədən biridir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşəbbüsü ilə ərsəyə gələn bu sərgi su qıtlığının həllinə təkan oldu. Bu tədbirlə biz Azərbaycanda su təsərrüfatını inkişaf etdirmək istəyirik. Biz bu cür sərgiləri hər il keçirməyi planlaşdırırıq. Çünki bu mövzu ölkəmiz üçün çox vacibdir. Biz də əlimizdən gələni edirik ki, bu sektorun inkişafına tövhə verək",- o əlavə edib.
Rahib Ələsgərov