Selləmə suvarma torpaqda şoranlaşma yaradır

Selləmə suvarma torpaqda şoranlaşma yaradır

Su qıtlığı

12 Mart 2024, 15:32

Azərbaycanda son illər müasir suvarma sistemləri tətbiq edən təsərrüfatlarda məhsuldarlığın 2 dəfəyə yaxın artdığı, sərf edilən suyun 2,5 dəfə azaldığı müşahidə edilir.

 

Suinfo.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev Bakı Su Həftəsi ("Baku Water Week") çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında bildirib.

 

"Bunlar çox gözəl göstəricilərdir, o deməkdir ki, kənd təsərrüfatı intensiv inkişafdadır. Hər bir fermer müasir suvarma üsullarından istifadə etməklə sudan qənaətlə istifadə edib, fəaliyyətini yüksək səviyyədə, dayanıqlı qurmalı, su və torpaq resurslarını qorumalıdır. Selləmə suvarma torpaqda şoranlaşma yaradır, məhsuldarlığı azaldır. Bu, bir növ resurslardan kortəbii istifadədir və onların deqradasiyasına səbəb olur. Biz davamlı olaraq müasir suvarma sistemlərindən istifadəni təşviq edirik və təşviq işləri bundan sonra da davam etdiriləcək", - deyə o qeyd edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et