BƏƏ su qıtlığı üçün 150 milyon dollar ayıracaq

BƏƏ su qıtlığı üçün 150 milyon dollar ayıracaq

Faydalı

3 Dekabr 2023, 13:43

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) su ehtiyatlarının çatışmazlığı ilə bağlı problemlərin həlli üçün 150 milyon dollar ayıracaq.

 

"Suinfo.az" xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının Sədrliyi məlumat yayıb.

 

“BƏƏ su qıtlığını aradan qaldırmaq üçün 150 milyon dollar yeni maliyyə ayırdığını elan edir”, - deyə məlumatda bildirilir. Sədrliyin qeyd etdiyi kimi, vəsait ən həssas ölkələrdə su təhlükəsizliyinin təmin edilməsi layihələrinin dəstəklənməsi üçün istifadə olunacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et