Sabah Bakı Su Həftəsi tədbirinin açılış mərasimi olacaq

Sabah Bakı Su Həftəsi tədbirinin açılış mərasimi olacaq

Tədbirlər

11 Mart 2024, 15:08

12 mart tarixində Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransını əhatə edən Bakı Su Həftəsi tədbirinin açılış mərasimi baş tutacaq.

 

Suinfo.az xəbər verir ki, açılış mərasimi Bakı Ekspo Mərkəzində olacaq.

 

Tədbir analiz və laboratoriya texnologiyaları, borular və boru kəməri avadanlığı və məhsulları, drenaj üçün avadanlıqlar, hidrotexniki qurğular, içməli suların emalı və digər bölmələri əhatə edəcək.

 

Qeyd edək ki, Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləmişdir. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, Isveçrə, Qazaxıstan, Türkiyə və Rusiya Federasiyası daxildir.
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et