Kür-Bakı su kəmərinin bir hissəsi yenidən qurulacaq

Kür-Bakı su kəmərinin bir hissəsi yenidən qurulacaq

Tədbirlər

1 Dekabr 2023, 17:45

Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrindəki hissəsi yenidən qurulacaq.

 

"Suinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

 

Məlumata görə, artıq bununla bağlı hazırlıq işləri başlayıb. Yenidənqurma işləri çərçivəsində kəmərin diametri 1400 mm olmaqla, 800 m uzunluğundakı hissəsi dəyişdiriləcək.

 

Xatırladaq ki, bu il mayın 2-də həmin hissədə qəza baş verib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et