Ötən il 9 milyona yaxın balıq yetişdirilərək su hövzələrinə buraxılıb

Ötən il 9 milyona yaxın balıq yetişdirilərək su hövzələrinə buraxılıb

Tədbirlər

7 Mart 2024, 16:06

2023-cü ildə Azərbaycanda 8,9 mln. balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb.

Suinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, ətraf mühitin sağlamlaşdırılmasına və ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin yerinə yetirilməsi davam etdirilərək, hesabat dövründə regionlarda meşə fondu ərazilərində 1,5 milyona yaxın ağac əkilmiş, 1141,3 ha sahədə meşəsalma və meşəbərpa işləri yerinə yetirilib. Qeyri-meşə fondu torpaqlarında yaşıllıqların salınması, bərpası, becərilməsi istiqamətində 353 mindən çox (regionlarda 226 mindən çox) müxtəlif növ ağac və kollar əkilib.

(APA)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et