Dəniz səviyyəsi yüksəldikcə, böyük sahil şəhərlərinə təhlükə artır. Çünki bu şəhərlər böyük ticarət mərkəzləridir və milyonlarla insanın yaşadığı yerdir. Lakin diqqətdən kənarda qalan bir amil sahil şəhərlərinin batmasıdır.
Torpaq, qayalar kimi yeraltı materialların sıxılması və ya çökməsi zamanı baş verən nisbi yerli çökmə yuxarı səthin batmasına səbəb ola bilər.
Suinfo.az dünyanın sürətlə batan 10 sahil şəhərini təqdim edir.
Siyahının başında duran şəhərlərdən biri 14 milyondan çox əhalisi olan Çin şəhəri Tianjindir. Tianjin şimal-qərbdə Pekin Bələdiyyəsi və şərqdə Bohai Körfəzi ilə həmsərhəddir.
Digər şəhərlər isə sıra ilə belədir: Ho Chi Minh (Vyetnam), Çittaqonq (Banqladeş), Yanqon (Myanma), Cakarta (İndoneziya), Əhmədabad (Hindistan), İstanbul Türkiyə), Hyuston (Amerika), Laqos, (Nigeriya), Manila (Filippin).