Çayların su ehtiyatları yeni operativ-interaktiv metodla qiymətləndirilir

Çayların su ehtiyatları yeni operativ-interaktiv metodla qiymətləndirilir

Su qıtlığı

1 Dekabr 2023, 15:51

Azərbaycanlı alimlərin - coğrafiya elmləri doktoru, professor Rza Mahmudovun, fizika-riyaziyyat elmləri doktoru professor Vüqar Əliyevin və coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mövlud Teymurovun həmmüəllifliyi ilə “Ərazinin su balansının və çayların su ehtiyatlarının yeni operativ-interaktiv metodla qiymətləndirilməsi” (Assessment of the water balance of the terrıtory and rıvers water resources usıng a new operatıonal-ınteractıve method” adlı məqalə “Scopus” bazasında indekslənən “Reliability: Theory & Applications” impakt faktor jurnalda dərc edilib.

 

"Suinfo.az" xəbər verir ki, tədqiqat işində çay hövzələrinin su balansını və su ehtiyatlarını hesablamaq üçün yeni metod - kompleks su balansı metodu (CWBM) təklif olunub.

 

CWBM etibarlı elmi mənbələr əsasında (peyk təsvirlər, GİS-texnologiyalar, modern elmi yanaşmalar, aparıcı hidroloji modellər) yaradılıb. Azərbaycanın 113 çay hövzəsi üzrə faktiki və CWBM metodu ilə hesablanmış axım kəmiyyətlərinin müqayisəsi göstərir ki, onlar arasında xəta 92 çay üçün 10 faizə, 21 çay üçün 10-15 faizə qədər olub.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et