Xəzər dənizinin səthində tədqiqatlar aparılıb

Xəzər dənizinin səthində tədqiqatlar aparılıb

Ekologiya

1 Mart 2024, 16:22

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları İsmayıl Zeynalov, Rəna Əhmədova, Aybəniz Əhmədova və Almaz Rüstəmova NOAA peyklərindən Xəzər dənizinin səth temperaturuna dair birgə tədqiqat aparıblar.

 

Suinfo.az xəbər verir ki, əməkdaşlar Xəzər dənizinin səth sularının temperaturunu müəyyənləşdirmək üçün mövcud metod və vasitələrdən istifadə edərək, NOAA peykləri və onlara quraşdırılmış AVHRR Pathfinder (yüksək ayırdetmə radiometri) cihazı tərəfindən alınan məlumatlar əsasında elmi tədqiqat işi aparıblar. 

 

Tədqiqatçılar atmosfer-dəniz sistemindəki əsas nümunələrin uzun müddət ərzində dəyişikliklərin orta illik dəyərləri ilə müəyyən olunmasını araşdırıblar. Onların bununla bağlı birgə yazdıqları “NOAA peyklərindən Xəzər dənizinin səth temperaturunun analizi” (Analysis of the sea surface temperature (SST) of the Caspian Sea from NOAA satellites) adlı elmi məqalə Türkiyənin Mersin Universitetinin yüksək reytinqli “Advanced Remote Sensing” jurnalında dərc edilib.


(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et