Hövsan aerasiya stansiyasının yenidən qurulması ilə tullantı sularının emal edilərək təkrar istifadəsi ilə bağlı ilkin hazırlıq işləri görülüb.
Suinfo.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin Nümayəndəsi Riad Axundzadə söyləyib.
"Kənd təsərrüfatında istifadəsi mümkün olan kollektor - drenaj üsullarının potensialı qiymətləndirilmişdir. Prezidentin müvafiq sərəncamları ilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılaraq Abşeron yarımadasına içməli su təchizatının yaxşılaşdırılması, daha sonra Hövsan aerasiya stansiyasının yenidən qurulması ilə tullantı sularının emal edilərək təkrar istifadəsi ilə bağlı ilkin hazırlıq işləri görülüb",-deyə o bildirib.
Rahib Ələsgərov