Naxçıvanın kəndlərində içməli su təminatı yaxşılaşdırılır

Naxçıvanın kəndlərində içməli su təminatı yaxşılaşdırılır

Ekologiya

29 Fevral 2024, 13:03

Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şərur Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən rayonun Gümüşlü və Aşağı Yaycı kənd sakinlərinin içməli su təminatını yaxşılaşdırmaq məqsədi ilə Arpaçay su anbarının əsas bəndinin aşağı hissəsindən süzülən sulara yeni subartezian nasosu quraşdırılıb.

Suinfo.az  xəbər verir ki, görülən tədbirlər çərçivəsində diametri 76 millimetr, uzunluğu 450 metr olan boru xətti çəkilərək mövcud içməli su xəttinə birləşdirilib.

Bildirilir ki, bunun nəticəsində bulaq sularının azaldığı vaxtlarda həmin subartezian quyusundan verilən içməli su Gümüşlü və Aşağı Yaycı kənd sakinlərinin su ehtiyacını təmin edəcək.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et