Müntəzəm olaraq kran suyu içmək qaraciyər və böyrəklərin fəaliyyətinin pozulmasına səbəb ola bilər.
Suinfo.az xəbər verir ki, bunu rusiyalı terapevt Maria Belyaeva söyləyib.
O bildirib ki, kran suyunda ilkin təmizlənməyə baxmayaraq, xeyli miqdarda ağır metallar movcud olur.
Terapevt suyun süzülməsini, filtrlərin vaxtında dəyişdirilməsini və həmçinin qaynadılmasını tövsiyə edib. Mütəxəssis qablaşdırılmış suyu da təhlükəsiz adlandırıb.