Bulaqlar və su quyuları ilə bağlı əsas problemlər açıqlanıb

Bulaqlar və su quyuları ilə bağlı əsas problemlər açıqlanıb

Tədbirlər

28 Fevral 2024, 13:14

Saatlı, Sabirabad, Salyan, Zərdab rayonlarında yerləşən 20 modul tipli sututarlı qurğunun fəaliyyətini dayandırması barədə qəbul etmişdik. Amma bu qərar icra olunmur.

Suinfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin müdiri Eldar Abdullayev deyib.

O bildirib ki, kənd yerlərində açıq su mənbələrindən istifadə olunur:

“Bulaq və quyular üzərində nəzarət qurumlar tərəfindən tam yerinə yetirilə bilmir. 2023-cü ildə 460 yerli su nümunəsi laborator müayinəyə cəlb edilib. 40 % bakteroloji göstəricilər dövlət standartlarına uyğun gəlmir. Bulaqların üstü örtülü olmalıdır. Artezian quyularının sanitar mühafizə zonası gözlənilməlidir, bu, yerinə yetirilmir. Bulaqlar kəndlərdən uzaqda yerləşdiyi üçün kəndlərdə evlərə su çəkilir. Bu zaman dövlət standartlarına uyğun materialdan istifadə olunmur. Bu, problem olaraq qalmaqdadır”.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et