Bakıda su çənləri təmizlənmir - Deputatlardan narazılıq

Bakıda su çənləri təmizlənmir - Deputatlardan narazılıq

Tədbirlər

28 Fevral 2024, 11:34

Bu gün Bakıda binalarda olan su çənlərinin təmizlənməsinə nəzarət edilmir.


Suinfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə deputat Məlahət İbrahimqızı deyib.


Deputat bildirib ki, bu çənlər təmizlənir, təmizlənmir, bilinmir: “Əksəriyyət artıq hündürmərtəbəli binalarda yaşayır. Hamı təsdiq edər ki, kranı açanda qum gəlir. Mən heç öz həyətimizdə çənin təmizlənməsini görməmişəm. Bununla bağlı qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir”.

Deputat İltizam Yusifov deyib ki, emal etdiyimiz, xərc çəkdiyimiz təmiz içməli suyu insanlara çatdıra bilmirik: “Binalarda su çirkli çənə tökülür və insanlar qumlu, çirkli su içir. Bu gün insanlar 600 min tondan artıq içməli suyu insanlar alır. Evlərdə qablaşdırılmış sulardan əhali istifadə edir. Biz içməli təmiz su emal ediriksə, bu, əhali üçün çox böyük xərcdir. Texniki suyun içməi sudan ayrılması məsələsinə diqqətə alınmalıdır. Bu, böyük xərc tələb edən prosesdir. Biz bundan əvvəl çoxmənzilli binalarda müəyyən format müəyyənləşdirməliyik ki, yağış sularından istifadə edərək texniki suyla bunu əvəzləmiş olaq. Bu, həm də daha az xərc tələb edər”.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et