Ölkədə su təsərrüfatı ilə bağlı ayrıca qanun qəbulu təklif olunur

Ölkədə su təsərrüfatı ilə bağlı ayrıca qanun qəbulu təklif olunur

Tədbirlər

28 Fevral 2024, 11:30

Azərbaycanda su təsərrüfatı ilə bağlı ayrıca qanun qəbul olunmalıdır.


Suinfo.az xəbər verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə deputat Fəzail Ağamalı bildirib.


"Müşahidələr göstərir ki, bu gün vətəndaşlarımız sudan səmərəli istifadə etmir, su krantlarını açıq qoyur. Buna görə bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Maarifləndirmə işlərinə məhəl qoymayanlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır. Cinayət və İnzibati Xətalar Məcəllələrinə xüsusi maddələr əlavə edilməlidir",- deyə o qeyd edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et