Dünyada baş verənlər dövlətlərarası su təsərrüfatında da ciddi problemlər yaradıb.
Suinfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə keçirilən dinləmədə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
“Bu, Azərbaycandan da yan keçməyib. Azərbaycanda da bu sahədə müəyyən nəticələr uğurlar olsa da, çatışmazlıqlar var. İctimaiyyəti maraqlandıran məsələr var. Həyata keçirilən tədbirlər, görülən işlər tərtib olunun layihələr bu sahədə əsaslı dönüş yaradacaq”,- deyə komitə sədri bildirib.