Maşınların yuyulmasında sərf olunan sular texniki sular kimi istifadə olunmalıdır.
Suinfo.az xəbər verir ki, bu sözləri Coğrafiya İnstitutunun şöbə müdiri Rza Mahmudov söyləyib.
"Çox təəssüf ki, onlarda şirin sular istifadə olunur. Biz şirin sulardan bu məqsədlə istifadə etməli deyilik. Artıq bir çox dövlətlərdə xüsusilə Yaxın Şərq ölkələrində, Yapoiyada suların təkrar emal məsələsi öndədir. Eyni zamanda biz yaşıllaşdırma ərazilərində şirin sulardan istifadə edirik. Bu gün bəzi dünya ölkələri suya davamlı bitkilər əkir, süni yaşıllıqlar kimi tədbirlərə keçirlər",- deyə o bildirib.
Akif