Asiya regionu su problemi ilə üzləşir

Asiya regionu su problemi ilə üzləşir

Ekologiya

22 Fevral 2024, 11:26

Şri Lanka Parlamentinin spikeri Mahinda Yapa Abeyvardana (Mahinda Yapa Abeywardana) Asiya regionundakı su problemi kimi məsələləri aradan qaldırmağın vacibliyini vurğulayıb.


Suinfo.az xəbər verir ki, o, Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib ki, sabahı bu gündən yaxşı edə bilmək üçün düşünməlidirlər.


“Hesab edirəm ki, Asiya yuxuda olan bir nəhəngdir. Biz fəaliyyətimizdə dayanıqlı olmalıyıq ki, istədiyimiz məqsədlərə nail olaq. Biz istəmərik ki, Asiya regionu problemlərlə üzləşsin. Ancaq bu regiondakı xalqlar bəzi qanunsuz cərrahiyyə əməliyyatları, su problemləri kimi məsələlərlə üzləşirlər. Biz əlimizdən gələni etməliyik ki, Asiyanı oyadıb dirçəldək”,- deyə parlament spikeri əlavə edib.

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et