Xəzərdəki problemlə bağlı qərargah yaradıldı

Xəzərdəki problemlə bağlı qərargah yaradıldı

Su qıtlığı

16 Sentyabr 2025, 15:36

Qazaxıstanın Kurmanqazı rayonunda fövqəladə vəziyyət elan edilib. 

Suinfo.az xəbər verir ki, fövqəladə vəziyyətin elan edilməsinə səbəb rayonda hidroloji vəziyyətin pisləşməsi, xüsusən də Kiqaş və Şora çaylarının, onların məcralarının, eləcə də Xəzər dənizinin dayazlaşması olub.

Bununla bağlı Kurmanqazı rayon administrasiyası yanında fövqəladə halların aradan qaldırılması üzrə qərargah yaradılıb. 

Tədbirlər planı təsdiq edilib, fövqəladə halın aradan qaldırılması üçün lazım olan texniki və büdcə vəsaitlərinin hesablanması istiqamətində işlər aparılır.

Kiqaş və Şora çaylarının kanallarında, eləcə də Xəzər dənizində kanalların dərinləşdirilməsi planlaşdırılır.

REKLAMINIZ BURADA!

[email protected]

(055) 946-06-60

300x250
Modern.az son xəbərlər
Sayta keçid et