Kürdə suyun səviyyəsinin qalxması ilə bağlı XƏBƏRDARLIQ

Kürdə suyun səviyyəsinin qalxması ilə bağlı XƏBƏRDARLIQ

Ekologiya

7 May 2025, 16:35

Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Suinfo.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et