"Azərsu"dan mənə bildirildi ki, AMEA-nın tabeliyindən çıxan Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var.
"Suinfo.az" xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyanın bu gün keçirilən ümumi yığıncağında deyib.
Akademik onların tabeliyindən çıxan qurumların borcu üçün AMEA-ya məlumat verilməməsini istəyib.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı əvvəllər AMEA-nın tərkibində olsa da, daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.