Dövlət Su Ehtiyatları Agentliyi işçilərinin sayı ARTIRILDI

Dövlət Su Ehtiyatları Agentliyi işçilərinin sayı ARTIRILDI

Tədbirlər

19 Aprel 2025, 12:08

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin ştat vahidi 146-dan 164-dək artırılır.

Suinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi ilə bağlı yeni fərmanda əksini tapıb.

O cümlədən, Dövlət Xidməti Aparatının ştat vahidi 51-dən 57-yə, regional bölmələri üzrə isə 95-dən 107-yə çatdırılıb.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et