Su xidmətləri ilə bağlı 44 min müraciətə baxılıb - FOTO

Su xidmətləri ilə bağlı 44 min müraciətə baxılıb - FOTO

Tədbirlər

11 Aprel 2025, 10:39

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Asan xidmət", "ASAN Kommunal" mərkəzlərinə və KOB Evlərinə bu ilin birinci rübündə daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb.

ADSEA-dan Suinfo.az-a verilən məlumata görə, 14 xidmət istiqaməti üzrə 43971 müraciət daxil olub. Bunlardan 42373 müraciətə baxılıb və xidmət göstərilib. 1598 müraciət isə müəyyən səbəblərdən ləğv və ya imtina edilib.

Qeyd edək ki, 2021-2025-ci illər ərzində daxil olan müraciətin cavablandırılması istiqamətində göstərdiyi fəaliyyətə görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təşəkkürnaməsinə layiq görülüb.

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et