Naxçıvanda yaşayış kompleksinin nasosxanasına su dolub

Naxçıvanda yaşayış kompleksinin nasosxanasına su dolub

7 Yanvar 2025, 16:00

Naxçıvanda yaşayış kompleksinin nasosxanasına su dolması ilə bağlı tədbir görülüb.

Suinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 48-ci məhəllə adlanan ərazidə su borusunda baş vermiş nasazlıq səbəbindən yaşayış kompleksinin nasosxanasına su dolması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb edilib.

Mülki müdafiə alayının qüvvələri tərəfindən nasosxanaya dolmuş 80 ton suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

REKLAMINIZ BURADA!

[email protected]

(055) 946-06-60

300x250
Modern.az son xəbərlər
Sayta keçid et

Ən çox oxunanlar