Su idarəetməsində dövlət-özəl tərəfdaşlıqların əsas elementləri açıqlandı

Su idarəetməsində dövlət-özəl tərəfdaşlıqların əsas elementləri açıqlandı

Su qıtlığı

19 Noyabr 2024, 17:41

Dövlət-özəl tərəfdaşlıqlar Azərbaycanın su idarəçiliyində dövlət qurumları və özəl şirkətlərin su xidmətlərinin təmini, infrastrukturun yaxşılaşdırılması və davamlı su həllərinin həyata keçirilməsi üçün birgə çalışdığı bir yanaşmadır.

Suinfo.az xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində "Su ehtiyatlarının idarə olunmasında dövlət-özəl tərəfdaşlıqların rolu" mövzusunda keçirilən tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.

"Bu model, qlobal səviyyədə su qıtlığının, köhnəlmiş infrastrukturun və iqlim dəyişikliyinin artırdığı tələbatla daha da aktuallaşıb", - deyə Ə.Şirinov əlavə edib.

Əsəd Şirinov Azərbaycanda su idarəetməsində dövlət-özəl tərəfdaşlıqların əsas elementlərini sadalayıb:

"Bunlardan birincisi ortaq investisiyadır. Dövlət-özəl-tərəfdaşlıqlar dövlət və özəl sektorun resurslarını birləşdirərək böyük layihələrin, məsələn, su təmizləyici zavodların, duzsuzlaşdırma qurğularının maliyyələşdirilməsinə imkan yaradır. İkincisi, əməliyyat Səmərəliliyidir. Özəl şirkətlər ixtisaslaşmış biliklər, qabaqcıl texnologiyalar və optimallaşdırılmış əməliyyat prosesləri gətirir. Üçüncüsü, risklərin paylaşılmasıdır. Maliyyə, tikinti və istismar riskləri tərəfdaşlar arasında bölüşdürülür. Dördüncüsü, uzunmüddətli Xidmətin Təminidir. Dövlət-özəl-tərəfdaşlıqlar uzunmüddətli razılaşmalardır və performans göstəricilərinə əməl olunmasını təmin edir"

O bildirib ki, dövlət-özəl tərəfdaşlıqlar Azərbaycanın su qıtlığı problemini həll etmək üçün əhəmiyyətli bir həll yolu ola bilər:

"Düzgün planlaşdırma, güclü tənzimləmə çərçivələri və icmanın iştirakı ilə dövlət-özəl tərəfdaşlıqların üstünlüklərini maksimuma çatdırmaq mümkündür".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et