Vaxt gələcək, “su qədər baha!” deyəcək - Türkiyəli iş adamı

Vaxt gələcək, “su qədər baha!” deyəcək - Türkiyəli iş adamı

Faydalı

16 Noyabr 2024, 17:24

Bakıda BMT-nin İqlim Dəyişikliyi çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir. COP29-a evsahibliyi edən Azərbaycana dünyanın 190-dan çox ölkəsindən 75 mindən çox adam gəlib. Liderlərlə yanaşı, dünyanın dörd yanından elm adamları da ekoloji inkişafa diqqət çəkmək, yaşıl dünya üçün bir araya gələnlər.

 

Suinfo.az xəbər verir ki, COP29 mənbədən maliyyə, investisiya və ticarət bazarı panel görüşdə iştirak edir Murat Altuğ Karataş Modern.az-a müsahibə verib. Enerji potensialı üzrə mütəxəssis olan Murat Altuğla səfərdən anonsu təqdim edirik:

 

- Su ehtiyatlarının tükəndiyi barədə mesajı insanlara necə çatdırmaq ki, ekoloji inkişafa diqqət artsın?


- Hansısa məhsulun ucuz olduğunu bildirmək üçün belə bir deyim var: “Su ucuz”.
Azərbaycanda da səhv etmirəmsə, “su qiymətinə” deyirlər. Amma ekoloji problemlərin, su qıtlığının alınması üçün konkret addımlar atılmasa, dünyada ən bahalı resurs belə su olacaq. Onda da bahalı məhsullara “su qədər bahadır” deyəcəyik. Su ehtiyatlarımız sadəcə bu günlər üçün yetərlidir, nə olacaq qeyri-müəyyən qalır, amma yenə də su ucuzdur. İnsanlar suyu ucuz bilib daha çox israf edir, bəlkə də suyun qiyməti indidən artırılmalıdır ki, insanlar onun da dəyərini bilsinlər. bu evdə, təsərrüfatda su israfına yol verməzlər və bu problemin nə qədər ciddi olduğunun fərqinə vararlar. 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et