Çaylarda illik axım həcmi 15% azalıb

Çaylarda illik axım həcmi 15% azalıb

Su qıtlığı

15 Oktyabr 2024, 11:45

Bəzi çaylarda illik axım həcmi 12-15% azalıb.

Suinfo.az xəbər verir ki, bunu akademik H.Əliyev adına Coğrafiya İnstitutunun "Qurunun hidrologiyası və su ehtiyatları" şöbəsinin müdiri, professor Rza Mahmudov COP29-la bağlı "Azərbaycanda regional iqlim dəyişmələri və onun su ehtiyatlarına təsiri" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, ölkə ərazisində regional iqlim dəyişmələrinin mövcud durumu və onun su ehtiyatlarına təsiri nəticəsində orta çoxillik temperaturlar çoxillik normaya nisbətən 1.1o C artıb: "Çay sularının illik axımında rejim dəyişkənliyi baş verib və bəzi çaylarda illik axım həcmi 12-15% azalıb".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et