“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə sədrlik Tahir Xəlilova həvalə olunub

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə sədrlik Tahir Xəlilova həvalə olunub

Faydalı

8 Oktyabr 2024, 17:46

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədrlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub.

Suinfo.az Xidmətə istinadən xəbər verir ki, indiyədək İdarə Heyətinin sədr müavini vəzifəsində olan T.Xəlilov hazırda qurumun sədri səlahiyyətlərini icra edir.

Qeyd ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov ötən ay vəfat edib.

63 yaşlı Köçərli Həsənov uzun illər “Azərsu” ASC-nin sədrinin müavini vəzifəsində çalışıb. Bu il isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin olunub.

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et