Kür çayı hövzəsində komissiya yaradılması təklif olunur 

Kür çayı hövzəsində komissiya yaradılması təklif olunur 

Tədbirlər

26 Sentyabr 2024, 11:56

Nil çayı hövzəsində komissiya yaradılmasına və beynəlxalq təcrübəyə əsaslanaraq Kür çayı sahilində də bu cür komissiya yarada bilərik. Transsərhəd suların idarəçiliyi üçün Kür hövzəsində komissiyanın yaradılması çox böyük addım olar. 

Suinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Hidroloji tədqiqatlar şöbəsinin müdiri Rəşail İsmayılov Bakıda keçirilən Xəzər Su İnnovasiya Forumunda bildirib.

O vurğulayıb ki, Azərbaycan su təchizatı baxımından çox əziyyət çəkən ölkədir.

"Transsərhəd suların əsas 2 elementi var. Bunlar yeraltı və yerüstü su ehtiyatlarıdır. Dünyada yerüstü sərhəd sularının transsərhəd səviyyədə effektiv idarə olunması ilə bağlı kifayət qədər təcrübə var. Sevindirici haldır ki, beynəlxalq su siyasətində bir sıra mühüm addımlar atılıb və razılaşmalar var", - deyə o qeyd edib.

Bundan başqa, R. İsmayılovun sözlərinə görə, Azərbaycanda su sektorunda müxtəlif qurumların fəaliyyəti pərakəndəliyə gətirib çıxarıb: "Su idarəçiliyi sahəsində lokal səviyyədə ən uğurlu addımlardan biri vahid su siyasəti aparılması, bütün su qurumlarının birləşdirilməsidir: Yeni yaradılan Agentliyin qarşısında çox böyük strategiya var. Ölkədə su ehtiyatlarının kompleks şəkildə effektiv idarə olunması üçün çox böyük addımlar atılacaq. Mənbədən suyun götürülərək istehlakçıya təhlükəsiz çatdırılması, hidrotexniki qurğuların təhlükəsizliyi, su mənbələrinin monitorinqi birbaşa bu qurumun səlahiyyəti altındadır".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et