Bakı metrosu yeraltı sulardan texniki su kimi istifadə ilə bağlı yeni layihələr həyata keçirəcək

Bakı metrosu yeraltı sulardan texniki su kimi istifadə ilə bağlı yeni layihələr həyata keçirəcək

Faydalı

18 Sentyabr 2024, 10:52

“Bakı Metropoliteni” QSC yeraltı sulardan texniki su kimi istifadə etmək üçün yeni layihələr həyata keçirəcək.

Suinfo.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, metroda yeraltı suların məkanı olduğu üçün burada gölməçələr çoxdur: “Metropoliten tunellərində formalaşan qrunt sularının yerüstü sahəyə çıxarılaraq səmərəli istifadə olunması məqsədilə "Nizami" stansiyası yaxınlığında nümunəvi layihə həyata keçirilib. Görülən işlərin davamlı olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə də yeni eynitipli layihələr düşünülüb. Bundan sonrakı dövrdə də bu istiqamətdə fəaliyyət göstəriləcək”.

B. Məmmədov qeyd edib ki, metroda toplanan yeraltı sulardan texniki su kimi ağacların sulanmasında, şəhərin yuyulma və təmizlənməsində istifadəsinin genişləndirilməsi çox mühüm layihədir və bu həm də suya qənaət edilməsinə də səbəb olur.

“Bakı metrosunun özündə sudan qənaətlə istifadə edilməsi məqsədilə də bir sıra layihələr həyata keçirilib. Bunlara istehsalat sahələrinin tələbatı nəzərə alınaraq suların optimal qaydada bütün sahələrə çatdırılmasını, bununla bağlı bütün sistemin yenidən qurulmasını, yeraltı sulardan səmərəli şəkildə texniki su kimi istifadə edərək vaqonların yuyulması, ağacların suvarılması və başqa bir sıra layihələr daxildir”, - deyə o, vurğulayıb.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et