Boston Universitetinin amerikalı alimləri müəyyən ediblər ki, Marsın atmosferindən kosmosa su buxarlanmaqda davam edir.
Suinfo.az gazeta.ru-ya istinadən xəbər verir ki, quru səthinə baxmayaraq, Marsın dərinliklərində hələ də böyük su ehtiyatı mövcuddur.
Hesablamalara görə, qırmızı planetdəki su onun səthini potensial olaraq bir-iki kilometr dərinlikdə bir okeanla örtə bilər.
Marsın qütb qapaqlarında nisbətən az miqdarda olan su buz formasında saxlanılır. Planetdə yay zamanı buz atmosferə su buxarı şəklində buxarlanır.
Su buxarının çox hissəsi qütbdən qütbə doğru hərəkət edir. Lakin suyun bir hissəsi atmosferin yuxarı qatına düşür, burada günəşin ultrabənövşəyi işığı su molekullarını atomlara parçalayır və günəş küləyi vasitəsilə kosmosa aparılır.
Alimlər qeyd ediblər ki, Marsın illik su dövranı əvvəllər düşünüldüyündən daha dinamik olub. Bundan əvvəl tədqiqatçılar Marsın səthinin altında nəhəng su okeanı aşkar etmişdilər.