Azərbaycanda şirin su itkiləri daha çox əkin sahələrində baş verir - Mütəxəssis

Azərbaycanda şirin su itkiləri daha çox əkin sahələrində baş verir - Mütəxəssis

Tədbirlər

28 Avqust 2024, 14:03

Azərbaycanda şirin su itkiləri daha çox əkin sahələrində baş verir.

 

Suinfo.az xəbər verir ki, bunu su idarəçiliyi və suvarma sistemləri üzrə mütəxəssis Şöhrət Məmmədov “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, əkin sahələrində həm selləmə, həm də intensiv suvarma sistemlərində su itkilər baş verir: “Selləmə suvarmada su itkiləri 60-200 %, bu göstərici intensiv suvarma sistemində isə 25-40 %-dir".

 

O bildirib ki, mənbədən sahəyə gələn su torpaq kanallarda 30-60 %, beton kanallarda isə 3-7 % arası itkiyə məruz qalır".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et