Azərbaycanın səth sularının həcmi AÇIQLANDI

Azərbaycanın səth sularının həcmi AÇIQLANDI

Tədbirlər

28 Avqust 2024, 14:00

Hazırda Azərbaycanın səth sularının həcmi 20 milyard kubmetrə yaxındır.

 

Suinfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, bunun da, 7-8 milyard kubmetri yerli, qalanı isə transsərhəd sularıdır.

 

R. Verdiyev qeyd edib ki, son illərdə Xəzər dənizin səviyyəsinin metr aşağı düşməsi ilə yanaşı Kür çayının suyu da azalmağa davam edir: "Hətta, şərq küləyi zamanı Xəzərin duzlu suyunu qovaraq Neftçala və Salyan rayonları ərazisində 30-40 kilometr daxilə qovur".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et