Avqustun 30-da gecə saat 00:00-dan başlayaraq gün ərzində Bakının Nəsimi, Xətai, Səbail rayonlarını içməli su ilə təmin edən d500 mm magistral xəttində təmir-bərpa işləri aparılacaq.
Bu barədə Suinfo.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar Xətai rayonunun Neftçilər prospekti ərazisində, Yusif Səfərov küçəsinin bəzi yaşayış massivlərində, Səbail rayonunun Rəşid Behbudov, Bülbül, Puşkin, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Xaqani, Nizami küçələrinin bir hissəsində, Nəsimi rayonunun Şamil Əzizbəyov, Dilarə Əliyeva, 28 May, Rəşid Behbudov, Elman Ovçuyev, Puşkin, Mehdi Mehdizadə küçələrinin, Droqal döngəsi, Azadlıq prospektinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq.
Suyun əvvəlki rejimlə verilməsi 31 avqust gecə saat 00:00-dan sonra bərpa olunacaq.
Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.